K.Saynsın Renault-ya keçəcəyi təkzib edilib

F-1.az xatırladır ki, Red Bull-un Karlos Saynsı motor müqaviləsinə görə Renault-ya göndərəcəyi ilə bağlı şayiələr gəzirdi.

Bununla da Red Bull-un həm motora görə daha az pul ödəyəcəyi, həm də Renault-nun inkişafına kömək edəcəyi bildirilirdi. Lakin sürücünün özü bu məsələyə belə reaksiya verib: “Mən valyutayam? Çox qəribədir…”

Toro Rosso-nun rəhbəri Frants Tost da məlumatı təkzib edib: “Buna 2 kəlmə ilə cavab vermək olar: Tamamilə yalandır. Belə bir söhbət yoxdur və deyilənlər həqiqətə uyğun deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*