F-1.az xatırladır ki, ispaniyalı sürücü hazırda Renault komandasında icarə əsasında çıxış edir. Daniel Rikkardo komandası Red Bull-dan ayrılacaqğı təqdirdə 24 yaşlı sürücü Avstriya təmsilçisi üçün birinci seçim olacaq.
Karlos Sayns: “Hər şeydən xəbərdaram. Red Bull və Rikkardo yenidən anlaşana qədər gələcəklə bağlı qərar verməyəcəm. Bu mövzu dəqiqləşənə qədər bir söz demək mümkünsüzdür. Hər şey dəqiqləşəndə gələcəyim barədə danışacam. Əvvəlcə rahat ola biləcəyim yer tapmalıyam. Keçən il Renault-ya gəlmək istəyirdim, çünki bu layihəyə inanıram. Komandada hamı performansımdan razıdır”.