K.Saynsın iki sümüyü qırılıb

Ralli əfsanəsi Karlos Saynsın builki Dakar Rallisində etdiyi qəzaya görə onurğasında iki sümük qırılıb.

F-1.az xatırladır ki, Dakar Rallisinin üçqat qalibi builki yarışın 9-cu etapında qəza etmiş və maşını aşmışdı. Maşın yerə möhkəm çırpıldığı üçün ispaniyalı əfsanə ağrıyırdı. Bundan sonra maşın ələ gəlmədiyi üçün 60 yaşlı sürücü rallidən çəkilməli oldu.

Karlos Sayns: “Dakar Rallisindən Madridə qayıtdıqdan sonra bel ağrılarım həmişəkindən uzun çəkdi. Buna görə də daha çox tibbi yoxlanışdan keçməli oldum.

Heyif ki, nəticələr pis çıxdı, çünki T5 və T6 onurğalarımı qırdığım aydınlaşdı. Lakin hər iki onunğanın da sabit olması yaxşı haldır. İndidən sonra əsas hədəfim tezliklə sağalmaq olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*