F-1.az xatırladır ki, İspaniyalı sürücü yarışın əvvəlində startda yer almaq üçün tras açılmamışdan əvvəl pitdən çıxıb və bu hərəkətinə görə yarışdan sonra stüardların yanına çağırılıb.
Stüardlar araşdırmadan sonra qərara alıblar ki, Sayns bu hərəkətinə görə heç bir üstünlük əldə etməyib.
FİA-nın açıqlaması belə olub: “55 nömrəli bolid qırmızı işıq yanarkən pit yolunu tərk etməsinə baxmayaraq, bolidi tez saxlayıb və buna görə heç bir üstünlük əldə etməyib”.
Qeyd edək ki, Sayns vətənindəki yarışı 6-cı yerdə bitirib…