K.Sayns: Zandfort qəribə trasdır

Ferrari komandasının sürücüsü Karlos Sayns Niderlanddakı cümə sərbəst yürüşlərində ikinci olsa da, Mercedes və Red Bull-un öndə olduğunu düşünür.

 

F-1.az xatırladır ki, Ferrari komandası Zandfortdakı birinci günü ilk iki yerdə bağlayıb.

Karlos Sayns: “Poul uğrunda mübarizə aparmağa çalışacağıq, ancaq Monakodakı kimi güclü olmağı gözləmirəm. Yarış tempində Red Bull və Mercedes çox üstündürlər. Onların arxasında olmağa çalışacağıq. Əvvəlki həftələrdən fərqli olaraq onlara daha yaxınıq. Buna görə də hər fürsətdən istifadə edəcəyik.

Burada tempimiz Spa-dakından yaxşıdır. Amma qırmızı bayraqlara görə Mercedes və Red Bull Soft təkərlə dövrə vura bilmədi. McLaren-də Lando da sürətlidir. Onlarla mübarizə etməyimizi gözləyirəm.

Zandfort qəribə trasdır. Birinci sərbəst yürüşlərdə fərqli trayektoriyalar sınadıq və bu, qəribə idi. Çox bəyəndim. Azarkeşlər trasa yaxındır və ab-hava gözəldir. Bolidin balansı da yaxşı idi. Soft təkərlərlə çoxlu dövrə vurduq. Cümə günü əla keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*