F-1.az xatırladır ki, “qırmızılar” bu il mövsümə pis başlayıblar və 8 yarışda sadəcə 1 dəfə podium qazanıblar. Lakin Ferrari sonuncu Kanada yarışında yaxşı performans göstərmiş və tiffoziləri ümidləndirmişdi.
Ferrari Avstriyaya yeni bir ön qanad və yeni altlıq gətirib. Komandanın ispaniyalı sürücüsü Karlos Sayns düşünür ki, bu yeniliklər onları Red Bull-a yaxınlaşdıracaq: “Yeniliklərlə birgə irəliyə doğru addım atmaq istəyirəm. Hədəfimiz budur. Bu yeniliklərin vaxtında çatması onu göstərir ki, komandamız çox işləyir. Bu detalların bura çatmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Hamı əlindən gələni etdi və onları təbrik edirəm. Bu yeniliklərdən maksimumu almaq üçün əlimizdən gələni edəcəyik”.
İspaniyalı sürücü yeni sprint formatı barədə də danışıb: “Şəxsən mən bu formatı sevdim, çünki bütün trasın mənim olması və vahid dövrədə ən yaxşı performansımı göstərmək xoşuma gəldi.
Həm bizim üçün, həm də sponsorlar üçün əyləncəli ola bilər. Bəlkə azarkeşlər üçün darıxırıcı ola bilər, amma bu hazırkı texnologiyaya görədir”.
Karlos Sayns bu həftəsonu Kanadadakı performansı göstərməyi ümid edir: “Kanadada bütün komanda üçün yaxşı dəstək aldıq. Xüsusən də yarış tempində çətinlik çəkdiyimiz yarışlardan sonra Monrealda yenidən temp tuta bildik.
Geriyə getmədik, əksinə yerlər qazandıq. Bu da işlərin düzgün yöndə getdiyini göstərir. Temp fərqli idi. Bu da komandadakı hamıya özünəinamı artırır.
Təkərə nəzarət də həftəsonundan asılı idi. Trasın təkərlərə daha az tələbkar olması bizə kömək etdi. Bu pnu göstərir ki, maşınımız yaxşı olanda, təkərlərə yaxşı nəzarət edəndə strategiya daha bəsit olur. Yarış tempinə köklənmək və Kanadadakı kimi güclü maşına sahib olmaq üçün çox işləyirik. Belə olan halda yarışda daha çox yer qazanarıq və strategiya qurmaq daha asan olar. Belə olan halda, yarışda daha çox həzz alarıq”.