F-1.az bildirir ki, bolid montaj olunandan sonra işə salınıb, amma telemetriya məlumatlarında yanacaq çənində problem olduğu üzə çıxıb. Qeyd edək ki, Saynsın maşınında İspaniyada da bu problem çıxmış və ispaniyalı pilot orada da yeni şassiyə keçmişdi.
Karlos Sayns problem yaşamadan Britaniya Qran Prisində iştirak edəcək. Problemin ilk gündən üzə çıxması onun xeyrinədir.