K.Sayns yeni güc qurğusuna keçəcək?

Ferrari komandasının sürücüsü Karlos Sayns bu həftəsonu Montsada yeni mühərriyə keçə bilər.

F-1.az xatırladır ki, Ferrari-nin builki güc qurğuları güclü olsa da, etibarlı deyil. Buna görə də həm Sayns, həm də Lekler bu il yarışlara geridən başlayıblar.

Şarl Lekler Belçikada yeni güc qurğusuna keçmişdi. İndi isə növbə Karlos Saynsdadır.

Mattia Binotto: “Niderlandda əksər maşınlarda problemlər olduğunu gördük. Bu, yalnız Ferrari motorlu maşınlar deyildi. Biz də keçmişdə problemlər yaşamışıq. Cümə günün Red Bull da ötürmələr qutusu ilə bağlı problem yaşadı. Biz də növbəti yarışların birində güc qurğusunu dəyişib cərimələnməliyik. Bunun üçün doğru vaxt seçəcəyik”.

Karlos Saynsın yeni motorunun daha yüngül olması gözlənilir. Bu barədə Sayns Niderland yarışından sonra deyib: “Tezliklə yeni güc qurğusuna keçəcəyik. Bu da bizə bir neçə kiloqram çəki qazandıracaq. Ümid edirəm ki, bu çəki bizim tempimizi artırar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*