F-1.az xatırladır ki, “qırmızılar” yeni bolidlərini fevralın 14-də təqdim edəcək. Lakin sürücülər artıq bolidi görüblər.
Karlos Sayns: “Yeni bolidi gördüm. Son aylarda bu layihəni çox yaxından izləyirəm. Hətta Frederik Vassyörlə də danışdım. Mövsümöncəsi testlərə az qalıb. Rəqiblərimizin bolidini görmədən maşınımız barədə nəsə deməyəcəm”.