K.Sayns: “Yaxşı işləmədik”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, boliddə özünü yaxşı hiss etməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndə sıralanma turunda 10-cu yeri tutub.

Karlos Sayns: “Bütün həftəsonu ərzində bolidin balansını tapmağa çalışdıq. Sözün düzü, yaxşı işləmədik, çünki boliddə özümü rahat hiss etmirdim. Qüsursuz dövrə vurmaq çətin idi. Bütün sıralanma turu ərzində mübarizə aparmalı idim və son sessiyaya qaldığım üçün xoşbəxtəm. Amma yarış tempində güclüyük və buna görə sevincliyəm. Yarışda çox fürsətimiz olacaq və bunları yaxşı dəyərləndirsək, xallar alacağıq. Hər şeyə hazır olmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*