F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 19-cu yerdən başlasa da, finişə 8-ci yerdə çatıb.
Karlos Sayns: “19-cu başlayıb, 8-ci bitirmək ən yaxşı nəticə idi. Cəzalara görə məyus idim, amma yarışda bunu unutdum. Məncə, əla yarış keçirtdik. Medium təkərlərlə trasda uzun müddət qaldıqdan sonra Hard təkərlərə keçdik. Ondan sonra ardıcıl ötmələr edərək, yaxşı xallar qazandım. Amma sona 10 dövrə qalmış ön qanadım zədələndi. Əgər bu yaşanmasaydı, yarışı yeddinci yerdə bitirə bilərdim. Çox diqqətli olmalı və Rəykkönenin önündə qalmalı idim”.