F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 10-cu yerdən başlasa da, işlər istədiyi kimi getməyib və yekunda 11-ci olub.
Karlos Sayns: “Tamamilə yeyilmiş Soft təkərlərlə mübarizə aparmağa çalışdım. Bir tərəfdən də yanacağa qənaət etməli idim. Startda nələrin baş verdiyini təhlil etməliyik. Çünki bolid çox sürüşürdü. Buna görə də yarışımız məhv oldu. Hər iki pit-stopdan sonra trafikə düşdüm. Heyif ki, əlimizdən heç nə gəlmirdi. Bizim üçün çətin idi. Növbəti Çin yarışından xallar almaq istəyirəm”.