F-1.az xatırladır ki, Audi komandasının sürücüsü doqquzuncu etapa ikinci başlasa da, beşinci kilometrdə qəza etmiş və maşını tərsinə çevirmişdi. İspaniyalı sürücü maşından düşəndə zədələnmişdi və onun helikopterlə xəstəxanaya aparılmasına aparılmasına qərar verilmişdi. Ancaq 60 yaşlı pilot yarı yolda fikrini dəyiərək, yarışa geri qayıtmışdı.
Lakin Karlos Saynsla Lukas Kruz əllərindən gələni etsələr də, maşını düzəldə bilməyiblər və rallidən çəkilmək qərarı alıblar. Bunun səbəbi isə karbon fiberdən hazırlanmış monokokun zədələnməsidir. Bunu düzəltmək üçün uzun müddət lazımdır.
Beləliklə, Karlos Sayns 2017-ci ildən sonra ilk dəfə Dakar Rallisini başa vura bilməyib.