K.Sayns: Yarış tempini artırmalıyıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, əsas hədəfləri yarış tempini artırmaqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki qış testlərinin ikinci günündə 70 dövrə vurub və günü altıncı yerdə bağlayıb.

Karlos Sayns: “Əsas hədəfimiz yarış tempində sürətli olmaqdır, çünki Red Bull-a sıralanma tempindən daha yaxınıq. Buna görə də yarış tempinə köklənmişik.

Real sürətimizdən xəbərim yoxdur, amma yavaş deyilik. Bəs Red Bull və Mercedes-ə nisbətdə nə qədər sürətliyik? Bunu bilmirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*