F-1.az xatırladır ki, ispaniyalı sürücü Ferrari ilə vətənindəki ilk sıralanma turunda 6-cı olub.
Karlos Sayns: “Buradakı performansımız müəmmalı idi, amma döngələrdə güclüyük. Həftəsonu ərzində bolidin balansından razı qaldım. Bəzi yerlərdə bolidin ön tərəfi sürüşsə də, öhdəsindən gələ bildim. Lakin ilk sessiyanı tək dəst təkərlə keçə bildim. Belə olan halda bolidə güvənirsiniz. Son sessiyada isə istədiyim kimi dövrələr vura bilməsəm də, xoşbəxt idim.
Yarışa yaxşı yerdən başlayırıq. Düzünü desəm, təkər qorumaqda elə də yaxşı deyilik. Cümə günü yarış tempində zəif olduğumuzu gördük. Bunu həll etməliyik. Görək nə olur”.