F-1.az xatırladır ki, ispaniyalı sürücü Yaponiyada 6-cı MGU-H generatoruna, 5-ci daxiliyanma mühərriyinə və 5-ci turbinə keçib. 23 yaşlı sürücü generatora görə 10, mühərrik və turbinə görə isə 5 yer itirəcək.
Bundan başqa Ferrari-nin sürücüsü Kimi Rəykkönen 4-cü daxiliyanma mühərriyinə, MGU-K generatoruna, elektron idarəetmə blokuna və enerji toplayıcısına (akkumulyator) keçib. Finlandiyalı sürücü bunlara görə cəza almayacaq.
Red Bull komandasının sürücülərinin isə Yaponiya yarışının startında yer itirmələri gözlənilir…