F-1.az xatırladır ki, ispaniyalı sürücü ABŞ yarışında Renault ilə debüt edib və yarışı 7-ci yerdə bitirərək, 6 xal qazanıb.
Karlos Sayns: “İlk həftəsonum mükəmmələ yaxın keçdi. Bunu davam etdirməliyik. Əvvəldən mənə yad kimi davranmayan və rəqabətədavamlı bolid verən komandaya təşəkkür edirəm. Növbəti yarışlarda daha yaxşı nəticə göstərə bilərik. Yarışlar keçdikcə daha çox təcrübə qazanacam. Bu həftəsonu daha yaxşı nəticə göstərmək çətin idi. Yarışda gözlədiyimiz yerdə idik. Əvvəlcə Çekoya sonra isə Estebana hücumlar etdik. Son 3-4 dövrədə yanacağım azaldığı üçün Okona hücum edə bilmədim. Bu, məyusedici olsa da, həzz aldım”.