F-1.az xatırladır ki, ispaniyalı sürücü son cəhdində nəticəsini yaxşılaşdırsa da, 11-ci yerdən yuxarı qalxa bilməyib.
Karlos Sayns: “Saniyənin 1/10-də bir neçə sürücü var. Bu da orta qrupdakı mübarizənin nə qədər sıx olduğunu göstərir. Buna görə də xırda səhv sizi üçüncü sessiyadan uzaqlaşdırır. Bu gün də çox heyif ki, son sessiyaya qala bilmədim. Amma bu gün komanda üçün yaxşı keçdi və tempimiz əla idi. Sabahkı yarış üçün gözəl yerdəyəm. Əgər sabah yağış yağsa, güclü şassimizin hesabına bundan maksimum istifadə edə bilərəm. Ümid edirəm ki, komanda olaraq gözəl nəticə alarıq”.