K.Sayns: Xəyal qurmaq pulsuzdur

Ferrari komandasının sürücüsü Karlos Sayns cümə günü göstərdiyi performansa görə təəccüblüdür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ferrari-nin doğma vətəni olan Montsada cümə sərbəst yürüşlərini zirvədə tamamlayıb. O, həm də öz ad gününə kiçik bir hədiyyə verib.

Karlos Sayns: “Bundan daha yaxşısını edə bilməzdik. Düzünü desəm, problemsiz gün idi. Montsa kimi trasa qayıtmaq və Zandfortdakı çətin həftəsonundan sonra Montsasa birinci sərbəst yürüşlərdə maşında özünü yaxşı hiss etmə əla oldu. Bolid burada trasa çox tez uyğunlaşdı. Sazlanma etmək və maşını sürmək də asanlaşdı. Bu sıralanma turunda və yarışda birinci olacağımız demək deyil. Amma ən azından maşında özümüzü yaxşı hiss edirik.

Bolidi trasa çıxardıq və demək olar ki, Zandfortla eyni maşındır, amma nədənsə özümüzü yaxşı hiss etdik. Məni ən çox bu təəccübləndirir. Amma şənbə günü hamı daha az yanacaq və daha yüksək mühərrik rejimində işləyəcək. Buna görə də hər şey dəyişə bilər.

Yaxşı nəticə üçün xəyal quracağıq. Xəyal qurmaq pulsuzdur. Bura mənim ən sevdiyim və xüsusi traslardan biridir. Belə traslarda hamı xəyal qura bilər. Bu pulsuzdur və bunu heç kim əlimizdən ala bilməz.

Ancaq realist olsaq, yarış tempində Red Bull-un əsl sürətini görməyə başladıq. Yarış tempində hamıdan 0.3-05 saniyə sürətli idilər. 50 dövrədə bu, böyük zaman dilimidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*