F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın bitməsinə 5 dövrə qalmış mühərrikdə problem yaşayıb və 6-cı yerdən 8-ci yerə geriləyib.
Karlos Sayns: “Səkkizinci yeri qəbul etmək asan deyil. Yaxşı ki, virtual təhlükəsizlik maşını “çıxdı” və beləliklə, xal qazandım. Demək olar ki, bütün yarışı 6-cı yerdə gedərkən son dövrələrdə bu hadisənin baş verməsi məyusedicidir. Komandaya və özümə görə məyusam. Lakin əlimizdən heç nə gəlmirdi. Qüsursuz həftəsonu keçirməyə yaxın idik. Lakin alınmadı. Mükəmməl startla 3-cü yerə yüksəlsəm də, öndəki üç komanda ilə mübarizə mümkünsüz idi. Ev trasımızda 6-cı yer əl nəticə olardı, amma hər şeyə baxmayaraq, yaxşı nəticədir”.