F-1.az xatırladır ki, həm Bottas, həm də Sayns Macarıstanda sərbəst yürüşlərdə pit-leynin girişindəki ağ xətləri tapdalayıblar və buna görə də stüardlar tərəfindən araşdırma altına alınıblar. Stüardlar araşdırmadan sonra həm Saynsa, həm də Bottasa xəbərdarlıq ediblər. Bu, Saynsın cari mövsümdə ikinci, Bottasın isə ilk xəbərdarlığıdır. Qeyd edək ki, Saynsdan başqa Lyuis Həmilton da iki dəfə xəbərdarlıq alıb. Əgər bu sürücülərdən hər hansı biri 3-cü dəfə xəbərdarlıq alsa, yarışın startında 10 yer itirəcək.
K.Sayns və V.Bottasa xəbərdarlıq olunub
Karlos Sayns və Valtteri Bottasa ağ xətlər qaydasına riayət etmədikləri üçün stüardlar tərəfindən xəbərdarlıq olunub.