F-1.az xatırladır ki, fransalı mütəxəssis gələn ildən etibarən Ferrari-nin komanda rəhbəri olacaq.
Karlos Sayns: “Ümid edirəm ki, hər şey yaxşılığa doğru gedər. Komandaya yeni adam gələndə motivasiyalı olur. Ona vaxt vermək lazımdır. Ferrari çox böyük komandadır və ona vaxt lazım olacaq. Hər şey bir gecədə düzəlməyəcək.
Onun haqqında çox yaxşı sözlər deyirlər. Mən də onu şəxsən tanıyıram. Renault-da işləyəndə mənimlə müqavilə bağlamaq istəyirdi. Dünən ona zəng edib söhbət etdim. Ferrari sürücüsü kimi ilk dəfə əlaqə saxladım. Güclü olacağına inanıram”.