K.Sayns: Üzr istəyəcəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, qəza vaxtı nələrin baş verdiyini anlamayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İmoladakı sıralanma turunda qəza edərək mübarizəni dayandırıb. O, bugünkü sprint yarışına 10-cu yerdən başlayacaq.

Karlos Sayns: “Arxa tərəfi itirdim. Bəlkə də, yağış başladığı üçün oldu. Bəlkə də, eyni təkərlə ikinci dövrəni vurduğum üçün… Heyif ki, arxa tərəfi itirdim və mənə bu barədə xəbərdarlıq gəlmədi. Hər şey bir göz qırpımında baş verdi.

Sessiya ərzində sürətli idim və buna görə də məyusam. Yağışda keçən sərbəst yürüşlərdə belə hər
şey yaxşı idi. Orada nə baş verdiyini bilmirəm, çünki limitlərdə sürürdüm. Maksimumu sıxmırdım.

Olan oldu. Üzr istəyib növbəti yarışlar barədə düşünməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*