F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümə yaxşı başlayaraq, ilk 4 yarışın üçündə xal qazana bilib.
Karlos Sayns: “Son 3 mövsümdə əldə etdiyim təcrübələr bu il mənə çox kömək edir. Orta qrupda hamı bir-birinə çox yaxındır və xırda səhv sizi geriyə sala bilər. Buna görə də qüsursuz yarışlar keçirmək lazımdır. Bunun üçün də yarışlarda diqqətli olmalısınız. Öndəki 3 komanda çox uzaqdadır. Buna görə əsəbi olsam da, əlimdən heç nə gəlmir. Onsuz da büdcələri daha çoxdur və onlarla mübarizə aparmaq mümkünsüzdür. Ümid edirəm ki, Liberty Media bu problemi həll edər”.