K.Sayns uğurunu davam etdirmək istəyir

Renault komandasının sürücüsü Karlos Sayns möhtəşəm Monreal şəhərini tərifləyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilk 6 yarışın 5-dən xalla ayrılıb.

Karlos Sayns: “Monreal ən çox sevdiyim şəhərlərdən biridir. Çoxlu gözəl restoran və gəzməli yerləri var. Quruluşuna görə Melburn trasına oxşasa da, əsrarəngizdir. Yarpaqlara görə həmişə çirkli olur və bu hal asfaltla ilişməyə pis təsir edir. Xüsusən də 4-6-cı döngələri çox sevirəm. Divarlar çox yaxındır. Doğru ritmi tapıb porebriklərə ən yaxşı formada hücum etmək lazımdır. Çempionlar Divarı isə təqvimin əfsanələrindəndir. Buraya yüksək əhval ruhiyyə ilə gəlmişik. İki bolidlə də xallar alırıq və bu tras mənə fürsətlər vəd edir. Uğurlu seriyama davam etmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*