F-1.az xatırladır ki, ispaniyalı sürücü Albert Parkdakı sıralanma turunda Ferstappendən 0.5 saniyə geri qalaraq, 5-ci olub.
Karlos Sayns: “Çox rahatam. Boliddə özümüzü daha yaxşı hiss edirik. Yarışda güclü olmaq üçün sazlanmaları dəyişdirdik. Bu dəyişiklikdən sonra özümü yaxşı hiss etməyə başladım. Bu gün ilk sektorda bir az vaxt itirdim və ilk üçlüyü əldən verdim.
Bu gün motivasiyam yüksəldi. Ancaq qızdırma dövrəsi pis keçdiyi üçün itirdik. Mənə dedilər ki, arxandan sürətli sürücülər gəlir. Bəziləri elə idi, bəziləri yox. Təkərlərim soyudu və birinci döngədə çox itirdim”.