K.Sayns: Üçgünlük test azdır

Ferrari komandasının sürücüsü Karlos Sayns test günlərinin azlığından narazıdır.

F-1.az xatırladır ki, Formula1 rəhbərliyi xərcləri azaltmaq üçün test günlərini üç günə qədər azaldıb. Özü də komandalar testlərdə sadəcə 1 maşınla çıxış edirlər və buna görə hər sürücüyə günyarım vaxt düşür.

Bundan başqa komandalar hər sürücü üçün ayrı sazlanma seçməlidirlər. Buna görə də vaxt itkisi olur.

Karlos Sayns: “Testlərin nə vaxt olması vacib deyil. Vacib olan atdığımız dövrələrdir. Əksər sürücülər günyarım vaxtın az olduğunu düşünürlər. Buna kim qərar verir? Niyə belə qərar verilir?

Maliyyə problemlərini anlayıram. Amma sürücünün bolidi çox sürməsi bolidi tanıması, etibarlılığın artması və təhlükəsizliyi üçün vacibdir. Daha çox testə ehtiyacımız var. Ümid edirəm ki, daha çox test edərik”.0

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*