F-1.az xatırladır ki, Toro Rosso bu mövsüm 2015-ci ilin Ferrari mühərriklərindən istifadə edir və mövsümə yaxşı başlayıb. İtalyanlar hazırda ən sürətli 4-cü komandadırlar.
Amma Mercedes AMG-nin hesablamasına görə peletondakı ən zəif mühərrik 2015-ci ilin Ferrari mühərrikləridir.
Karlos Sayns: “Onların bu hesablaması bizi bir az narahat edir. Amma indi olmasa da, mövsümün ortasından etibarən geriləməyə başlayacayıq.
Honda və Renault böyük addım atıblar və mövsüm ərzində onların gerisinə düşəcəyik.
Builki ən yaxşı mühərriklə ən pis mühərrik arasında keçənilki qədər fərq yoxdur… Keçən il aradakı fərq saatda 14 və ya 15 kilometr idi. Bu il isə fərq saatda 6 və ya 7 kilometrdir”.