F-1.az xatırladır ki, Toro Rosso komandası ümumilikdə 584 dövrə vurub və bu idealdan uzaq göstəricidir.
Karlos Sayns: “Mövsümöncəsi testləri belə güclü performansla bitirdiyim üçün çox sevincliyəm. Dövrəvi nəticələrimə və dövrə saylarına görə çox məmnunam. Melburna getməmişdən əvvəl hər şeyi proqrama uyğun test etmək çox vacib idi. Son gündəki performansdan sonra ilk yarış üçün sevincli ola bilərik. Son həftələr komanda üçün çətin idi. Amma bunları geridə qoya bildik. İndi yarışmaq vaxtıdır və gözəl bolidimiz var. Ümid edirəm ki, Renault mühərriyi ilə uğurlar qazanarıq”.