F-1.az xatırladır ki, Karlos Sayns xal qazana biləcəyi Bəhreyn QP-də Strolla çırpılmış və yarışı vaxtından əvvəl başa vuraraq, xal qazana bilməmişdi.
Karlos Sayns: “İkigünlük testlərdə heç problem yaşamadıq və çox sevincliyik. Çoxlu yeni detallar sınaqdan keçirdik və bunların bolidə xeyir verməsini gözləyirik. Komandaya və Renault-ya təşəkkür etməliyəm. Bolidimiz güclüdür və orta qrupun ən sürətli komandalarından biriyik. Rusiyadakı yarışa 3 pillə geridən başlasam da, bunu kompensə edə bilərəm. Ümid edirəm ki, problemsiz həftəsonu keçirərək, gözəl xallar toplaya bilərik”.