K.Sayns testlərdə 119 dövrə vurub

F-1.az xəbər vermişdi ki, Ferrari-nin Fyoranodakı testləri davam edir. İlk gün gənc Robert Şvartsman sükan arxasına keçmişdisə, dünən növbə əsas sürücülərdə olub.

Karlos Sayns SF21 ilə Fyoranoda 119 dövrəlik məsafə qət edib. İspan sürücü ilk 26 dövrəni səhər saatlarında trasın nəm və havanın temperaturunun sıfırdan bir neçə dərəcə yuxarı olduğu vaxt qət edib. Karlos asfalt qurumağa başlayanda sliklərə keçmək istəyib, lakin asfaltla ilişmənin yaxşı olmamasına görə bu fikrindən danışıb.

Yağıntı günboyu davam edib və komanda yağış təkərləri üzərində işləməyə davam edərək risk etməmək qərarına gəlib. Lakin sonra şərait yaxşılaşdı və Karlos daha 93 dövrə sürməyi bacardı. O, gün ərzində 354 km yol qət edib.

Saynsın trasda işini bokslardan Ferrari Yarış Akademiyasının tələbələri Maya Voiq və Artur Lekler müşahidə ediblər. Testləein son günündə Şarl Lekler SF21-in pilot kabinəsinə oturacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*