F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransadakı sıralanma turunda Mercedes və Red Bull sürücülərindən sonra 5-ci olub və bu mövsüm ikinci dəfə komanda yoldaşı Lekleri qabaqlayıb.
Karlos Sayns: “Hazırda doğru yoldayıq. Sabah görək start və strategiyada nə edəcəyik. İkisinin də üzərində işləməliyik. Son həftələrdə keçirdiyimiz ilk təmiz həftəsonu idi. Hadisə olmadı və inkişafı hiss elədik.
Medium və Soft təkərlər arasında böyük fərq yox idi. Sadəcə sıralanma turunda Medium təkərləri yaxşı işlədə bildik. Cümə günü hava isti olduğu üçün onları işlədə bilmirdik. Sıralanma turunda isə o təkərlərlə bir saniyə sürətləndik. Az qala sonuncu sessiyada da Medium istifadə edəcəkdim”.