K.Sayns: Təkərlərim çox qızdı

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, təkərləri çox qızdığl üçün geridə qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa üçüncü yerdən başlayıb və ilk dövrələrdə komanda yoldaşı Leklerlə təkər-təkərə mübarizələrə girişib. Daha sonra isə üçüncülüklə barışaraq, podiumun son pilləsini tutub.

Karlos Sayns: “Gözəl start aldım. Daha sonra Maksla və Şarlla mübarizə apardım. Yarış gözəl və əyləncəli idi. Daha sonra təkərlər qızdı. Onları qorumalı idim. Buna görə də gerodə qaldım və bolidi finişə çatdırdım.

Tempimizi artırmalıyıq, çünki Maks güclüdür. Sabah uzun yarış olacaq və hər şey ola bilər. Maksı məğlub etmək üçün maksimum performans göstərməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*