F-1.az xatırladır ki, mövsümün ilk yarışında Red bull və Aston Martin rəqiblərindən üstün görünüb. Ferrari isə həm təkərləri tez yeyib, həm də Leklerlə mübarizəni vaxtından əvvəl bitirib.
Yekunda Karlos Sayns yarışın qalibi Maks Ferstappendən 48 saniyə geridə qalaraq, yarışı 4-cü yerdə bağlayıb.
Karlos Sayns: “Hazırda yarış tempində Aston MArtin və Red bull-dan geridə qalırıq. Aston-un yarış tempi bizi narahat edir. Ümid edirəm ki, arxa təkərləri az yediyimiz traslarda rəqabətədavamlı olarıq.
Red Bull və Aston MArtin maşınlarında nəsə var. Mercedes və bizim kimi təkər yemirlər. Bunu təhlil etməli və düzəltməliyik. Builki maşında təkər yeyilməsi keçənilkindən pisdir. Fernando və Maks limitdə sürsələr də təkərlər yetilmir”.