F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, finişə 7-ci yerdə çatıb.
Karlos Sayns: “Medium təkərlərlə aldığımız start çətin idi. Asfaltla ilişmə az idi və bu, bizə baha başa gəldi. Lakin planımız bu idi. Çətin startdan sonra təkərlərlə təmkinli davrandıq. Ön təkərlərin partlamasından qorxurduq və sonda yaxşı xallar ala bildik. McLaren isə aqressiv oldu və cəzasını çəkdi.
Mən Hard təkərlərlə belə ehtiyatlı idim, çünki qorxurdum ki, sona qədər gedə bilməyim. Rəqiblərimiz aqressiv davrandı və geriyə düşdülər. Yarışdan sonra bəzi şeyləri təhlil edəcəyik. Bəlkə, daha bərk gedə bilərdik. Təkərləri qoruduğumuz üçün darıxdırıcı yarış idi. Belə yarış xoşuma gəlməsə də, təkərləri qorumaq lazım idi”.