F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa pouldan başlasa da, tempi olmayıb və yerini Leklerə verib. Hər kəs ispaniyalı sürücünün yarışı 2-ci ya da 3-cü yerlərdə bitirəcəyini düşünsə də, sona 15 dövrə qalmış trasa təhlükəsizlik maşını girib. Bundan istifadə edən Sayns, pitə girərək Soft təkərlərə keçib. Restartdan sonra isə Leklerə hücum edərək, onu geridə qoyub.
Beləliklə, 27 yaşlı pilot karyerasının 15–ci yarışında ilk qələbəsini bayram edib.
Karlos Sayns: “Nə deyim bilmirəm. Bu mükəmməldir. 150-ci yarışımda Ferrari ilə Silverstounda qələbə qazandım. Bundan artığını istəyə bilməzdim. Bu günü unutmayacam. Xüsusi həftəsonu idi. Dəstəklərinə görə hamıya təşəkkür edirəm. Lyuis bu gün güclü olsa da, yerimizi qoruduq. Çox xoşbəxtəm.
Çətin idi. Medium təkərlərdə gedərkən balans problemi yaşadım. Maks sürətli döngələrdə bizi təzyiqə salırdı. Sol ön təkəri yandırsam da, qələbə mümkün idi. Yarışın içində qalmalı idim. Daha sonra təhlükəsizlik maşını mənə fürsət verdi.
Restartda çox stressli idim. Bilirdim ki, bu mənim şansımdır və qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Silverstoun mənim üçün xüsusidir. Karyeramın ilk qələbəsini 2010-cu ildə Formula BMW seriyasında Silverstounda qazanmışdım. Bundan 12 il sonra eyni yerdə Formula1-də qalib gəldim. Hamıya təşəkkür edirəm”.