F-1.az xatırladır ki, ispaniyalı sürücü bu qəzaya görə sessiyanın qalan dəqiqələrində trasa çıxa bilməyərək, çoxlu vaxt itirib.
Karlos Sayns: “Təbii ki, belə bir hadisənin yaşanması çox pis oldu. Porebrikə möhkəm hücum etdim və baryerlərə çırpıldım. Böyük qəza idi və boliddəki bəzi detalları dəyişdirməli olduq. Buna görə də startda 20 yer itirəcəyik. Yenə də mühəndislərim bolidi ikinci sessiyaya hazır edərək, əla iş gördülər. Amma onda da yağışa görə trasa çıxa bilmədik. Heyif ki, bu gün çox vaxt itirdik. Ümid edirəm ki, sabah bunu kompensə edərik”.