K.Sayns sürüşüb

McLaren komandasının sürücüsü Karlos Sayns sıralanma turunda 3-cü yeri tutduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ştiriya Qran Prisində karyerasında ilk dəfə sıralanma turunda üçüncü yeri tutub.

Karlos Sayns: “Karyeramda ilk dəfədir ki, bir trasda ardıcıl iki dəfə yarışıram və sıralanma turunda üçüncü oluram. Çox xoşbəxtəm. İkinci cərgədəyik.

Bu sıralanma turu karyeram ərzində ən çətin sessiyalardan biri idi. Son dövrəni bir araya gətirmək çox çətin oldu. Yer yaş olduğu üçün ilişmə zəif idi. Düzlüklərdə çətinlik çəkirdim. Çox sürüşürdüm. Bu barədə Maksla və Lyuislə danışdım və həzz aldım.

Yarış tempində Barselonaya nisbətən inkişaf etmişik. Buna görə də özümüzə inanırıq. Lakin Ferrari və Racing Point-in də yarış templəri yaxşıdır. Ümid edirəm ki, sabah yerimi qoruyaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*