F-1.az xatırladır ki, Fettel Meksikada Ferstappeni ötmək istərkən, hollandiyalı trası kəsmişdi və Fettel rəqibindən radio vasitəsilə şikayət etmişdi. Sayns da startda Fernando Alonso ilə insident yaşamışdı və radio vasitəsilə şikayət edilmişdi. 22 yaşlı sürücü bu şikayətə görə 5 saniyə cəza almışdı.
Karlos Sayns: “Bilirsiniz, radio vasitəsilə həmişə şikayət edə bilərsiniz. Mən də radio vasitəsilə kimincə cəza almasını istəyərdim. Bu önünüzdəki sürücünü keçməyin ən asan yoludur. Hamımız bunu edirik. Sözün açığı, narahat deyiləm. Hamımız radioda həyəcanlı ola bilirik. Buna görə də Alonsonu günahkar saymıram. Sadəcə stüardlar qəddarcasına cəzalar verirlər”.
Sayns Alonsoya qarşı etdiyi təhlükəli hərəkətə görə məyus olduğunu deyib. Amma gənc ispaniyalı düşünür ki, ondan da təhlükəli hallarda sürücülərə cəza verilmir: “Mənim hərəkətim sərt idi. Çünki startda heç kimi 360 dərəcə görə bilməzsiniz. Bu çox çətindir. Onu görəndə gec idi, amma yan-yana deyildik. Güzgülərdən görən kimi yavaşladım. Eşitdiyimə görə sürücülərin çoxu şikayət etsə də, cəzalar verilmir. İnsidentləri tək-tək dəyərləndirmək çətindir. Cəza almaq lotereya kimidir. Daha pis manevrlərə görə cəza almayan sürücülər var. Fernandonu təhlükəli vəziyyətə salmışamsa, üzr istəyirəm. Ancaq bu, yarışdır və ilk dövrə idi. Boş yerə öz mövqeyimi kiməsə verə bilməzdim.
Bolidlər bir-birinə yaxın idi və Alonso bolidini trasda tuta bildi. Bu onun üçün cəsarətli və yaxşı manevr idi. Ona qapını bağlamadım, çünki gec gördüm”.