F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda Ferstappendən 0.092 saniyə geridə qalaraq, üçüncü yeri tutub.
Karlos Sayns: “Nəticədən razıyam. Səhvsiz və təmiz dövrə idi. Çox cüzi fərqlə Maks və Şarldan geridə qaldım. Limitlərdə gedirdim.
İlk dövrədən son dövrəyə qədər əla sessiya idi. Əla işlədik. Dolu çənlə sürmək çətin idi. Sürətli dövrəmizdə təkərlər çox qızdı və yarış tempində yeyilmə ilə qarşılaşdıq.
Maraqlı yarış gözləyirəm. Burada ötmə çətin olsa da, fürsətlər əldə edə bilərik. Strategiyadan da istifadə edə bilərik”.