K.Sayns: “Stroll mənə yer qoymadı”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns Bəhreyn yarışında Ləns Stroll ilə yaşadığı qəzadan sonra özünü müdafiə edib.

F-1.az xatırladır ki, Karlos Sayns pitdən çıxarkən Stroll ilə təmas yaşamış və hər iki sürücü də mübarizəni dayandırmışdı. Yarışdan sonra insidenti araşdıran stüardlar ispaniyalı sürücüyə Rusiya yarışının startında 3 yer itirmək cəzası vermişdilər.

Karlos Sayns: “Sizin də gördüyünüz kimi pitdən çıxırdım və Lənsin xarici trayektoriyadan gəldiyini gördüm. Mən də düşündüm ki, o trayektoriyadan davam edərək, mənə lazımi qədər boşluq buraxacaq. Amma elə olmadı və təmas yaşadıq. Mən orada yoxmuşam kimi üstümə gəldi və əlimdən heç nə gəlmirdi. Məni görmədi və ya orada olmağımı gözləmirdi. Heyif ki, nəticə pis oldu. Bu cür hadisələr yarışlarda olur və bu dəfə mənim başıma gəldi. Gözəl tempimiz olduğu halda xal qazana bilmədik. Ümid edirəm ki, növbəti yarışda kompensə edərik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*