F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunsa 9-cu yeri tutub. Lakin 24 yaşlı sürücü sıralanma turunun ikinci sessiyasında Aleksandr Elbonu əngəlləyib və buna görə də startda 3 yer itirəcək.
Stüardlar bu barədə belə açıqlama veriblər: “Elbon rəqibi Saynsa yaxınlaşanda sürətli dövrəsində idi. Sayns isə yavaş tempdə getdiyi halda yarış trayektoriyasını tutmuşdu. Sayns radioda təkərlər barədə danışdığı üçün Elbonun ona yaxınlaşdığını gec dedilər. Buna görə də Aleksandrın sürətli dövrəsini əngəllədi”.