F-1.az xatırladır ki, Felipe Massa Almaniya Qran Prisində sıralanma turunun ikinci sessiyasında ikinci döngədə olduqca yavaş hərəkət edən Karlos Saynsın arxasında vaxt itirmişdi. Sıralanma turu bitdikdən sonra hər iki sürücü hakimlər tərəfindən çağırılıb və Saynsa rəqibini ləngitdiyi üçün yarışın startında 3 yer itirmək cəzası verilib. Beləliklə, 13-cü olan Karlos yarışa 16-cı yerdən başlayacaq. Felipe Massa isə yarışa 10-cu yerdən start verəcək.
Saynsa həm də 2 cərimə xalı verilib.