K.Sayns: Son sessiyaya qalmaq çətin olacaq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, sıralanma turunda son sessiyaya qalmaya bilərlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə trasa çıxmayıb və onu Mark Şvartsman əvəz edib. Rusiyalı sürücü 19-cu olub. İkinci sessiyada sükan arxasına keçən Sayns isə 16-cı olub.

Karlos Sayns: “Heyif ki, rəqabətədavamlı görünmürük. Bir az dövrəvi zamanı, asfaltayatma qüvvəsini və balansı təkmilləşdirməliyik, çünki bizim üçün çətin gün idi. Macarıstan kimi asfaltayatma qüvvəsi tələb edəm traslarda problem yaşayırıq. Daha böyük qanadlarla istədiyimiz kimi asfaltayatma qüvvəsi ala bilmirik. Rəqiblərimizə nisbətən niyə daha çox sürüşürük anlamırıq və bunun üzərində işləməliyik.

Əgər sıralanma turunda və bazar günü yaxşı nəticə qazanmaq istəyiriksə, performans cəhətdən inkişaf etməliyik.

Təkmilləşməkiyik. Macarıstanda üçüncü sessiya üçün mübarizə aparırdıq. Bu həftəsonu da eyni şey yaşana bilər. Xüsusəm də komandaların bir-birinə yaxın olduğunu nəzərə alsaq, son sessiyaya qalmaya bilərik”.

Şarl Lekler isə bunları deyib: “Çox çətinlik yaşadıq. İkinci sərbəst yürüşlərdə hər şey yaxşıya doğru getdi, ancaq şənbə günü irəliyə addım atmalıyıq. Boliddə özümü yaxşı hiss etmədim. Təkmilləşməli çox şey var, amma inkişaf etməli və şənbə günü üşün hər şeyi düzəltməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*