K.Sayns: “Soçi yarışında keçirdiyim qəza həyatımın ən pis anları idi”

Toro Rosso komandasında çıxış edən Karlos Sayns Soçi yarışı zamanı keçirdiyi qəzanın həyatının ən çətin anları olduğunu deyib...

F-1.az xatırladır ki, Karlos Sayns həmin yarışın 13-cü döngəsində bolidin idarəsini itirərək, trasın solundakı divara çırpılmışdı. Daha sonra sürüşərək yüksək sürətlə təkərlərdən qurulmuş baryerlərə dəymişdi.

Bu barədə fikirlərini bölüşən Sayns deyib: “Boliddən çıxarılmağım 17-18 dəqiqə çəkdi. Ora trasın ən uzun düzlüyü idi və əylənmə nöqtəsində bəzi dəyişikliklər etmək istədim. 330 km/saat sürətə çatanda əyləcə basdım və bolidin arxa tərəfini itirdim. 270 km/saat sürətlə solumdaki divara çırpıldım. Daha sonra isə əyləcsiz 200 km/saat sürətə düşdüm və o sürətlə də təkər baryerlərə çırpıldım.

Əyləcə basdım, amma heç nə olmadı və ikinci zərbədən əvvəl – “hər şey bitdi” dedim. Ən pis ehtimalı düşünsək, bu həyatımın ən pis 2 saniyəsi idi. Zərbədən sonra özümə toxundum və ciddi bir şey olmadığını anladım. Şüurum yerində idi.

Bolid baryerlərin içində idi. Ona görə də məni boliddən çıxarmaqları çətin oldu. 17 dəqiqə ərzində atamı, qardaşlarımı və anamı düşündüm. Qəzanı izləyənlər mənə bir şey olub-olmadığını bilmirdi, amma mən özümü pis hiss edirdim…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*