K.Sayns: Sıralanma turu əla keçdi

Ferrari komandasının sürücüsü Karlos Sayns sıralanma turunda üçüncü yeri tutduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıda çox zəif təsir bağışlasa da, Mayamidə özünəinamlı görünüb. O, komanda yoldaşı Leklerin qəza etdiyi sıralanma turunda üçüncü yeri tutub və bugünkü yarışda podium qazanmaq üçün əla şansı var.

Karlos Sayns: “Ümumilikdə çətin sıralanma turu idi. Təkərləri ideal şəraitə gətirmək çətin idi. Səhv etmək isə çox asan idi. Küləyin artması maşını sürməyi çətinləşdirirdi. Yenə də yaxşı nəticə qazandıq. Üçüncü yer demık olar ki, gözləntilərimizi qarşıladı, ancaq daha yaxşı mümkün idi.

Yarışda ən böyük müəmma təkərlərdir. Bu bizim zəif nöqtəmizdir, amma burada daha əvvəlki yarışlardan daha güclü olmağa çalışacağıq. Məncə, podiuma yüksələ bilərik.

Red Bull həmişəki kimi öndədir, ancaq Fernando və Mercedes-lə gözəl mübarizə apara bilərik. Bizi həyəcanlı yarış gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*