K.Sayns: SF23-ə güvənmirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, SF-23-ə güvənmir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıda çox zəif görünür. O, sıralanma turunda komanda yoldaşı Leklerə böyük fərqlə uduzub. Hətta sprint yarışında Mercedes-dən Corc Rasselin gerisində qalıb.

Karlos Sayns: “Zərəri minimuma endirməyə çalışdım. Çox çətin, qəribə və zehni cəhətdən gərgin ekçən həftəsonundan sonra bu ən vacib şeydir. Belə trasda sizə güvən verməyən maşını sürmək çox çətindir. Bu hal atdığım hər dövrəni çətinləşdirir.

Şarlın etdiklərini təkrarlamağa çalışıram və bunun üçün dəyişikliklər edib təkmilləşirəm., amma inkişaf üçün maşında heç nəyi dəyişmək olmur. Bu vəziyyətdə sıxılıb qalmışam”.

Qeyd edək ki, Saynsın komanda yoldaşı Şarl Lekler Azərbaycandakı hər iki sıralanma turunda poul, sprint yarışında isə ikinci olaraq podium qazanıb. Karlos isə sprint yarışını 5-ci yerdə bitirib.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*