F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadadakl cümə sərbəst yürüşlərini lider Həmiltondan 0.126 saniyə geridə qalaraq, 3-cü yerdə bağlayıb.
Karlos Sayns: “Gün ərzində baş verən hadisələrə görə sazlanma tapmaq asan deyildi, ancaq cümə günü yaxşı keçdi.
Birinci sərbəst yürüşlərdə sürə bilmədiyimiz üçün ikinci sessiya gərgin keçdi. Üç quru hava təkərlərindən istifadə etdik və performansı artırmaq üçün bolid üzərində müxtəlif dəyişikliklər sınadıq. Boliddə hələ də özümü tam rahat hiss etmirəm. Xüsusən də, əylənmədə çətinlik çəkirəm. Yavaş-yavaş bunun səbəbini anlamağa başladıq və şənbə günü üçün dəyişikliklər edəcəyik.
Burada əsas faktor əyləclərdir. Cümə günü orada bəzi səhv sazlanmalar etdiyimizi anladım. Şənbə günü üçün onları daha yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Əminəm ki, rəqabətədavamlı olacağıq.
İndidən sonra bütün sessiyalarda güclü olduğumuzdan əmin olmalıyıq. Burada təkərlərlə işləmək bütün hallarda çətin olacaq. Yağış yağsa belə, tras sürətlə quruyur. Məncə, hamımızı çətin həftəsonu gözləyir. Hər şey səhv etməməyə bağlıdır.
Cümə günü ərzində yaxşı inkişaf etdik. Nəticələr yaxşı görünür. Amma şənbə günü tempi və perfotmansı artırmalıyıq”.