K.Sayns sarı bayraqlardan şikayətlənir

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, sarı bayraqlar ona sıralanma tempində işləməyə imkan verməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabidəki cümə günü sərbəst yürüşlərində 13-cü olub.

Karlos Sayns: “Uğurlu sessiya idi. İlk məşqlərdə aerodinamik detalları yoxladıq. İkinci sessiyada isə bolidi sürətləndirmək üçün bəzi şeyləri sınadıq. Həm sıralanma, həm də yarış tempində Braziliyaya nisbətən güclüyük. Sarı Bayraqlar sıralanma tempindəki sürüşlərimə təsir etdi, ancaq şənbə günü yaxşı şansımız olacaq. Yarışda yaxşı xallar qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*