F-1.az xatırladır ki, ispaniyalı sürücü son mövsümdə əla performans göstərərək, 5-ci olub.
Karlos Sayns: “Şarl, Lando və Mercedes-ə keçən Corcla mübarizə aparmaqdan həzz alıram. Eyni yaşda olmasaq da, onlarla mübarizədə əylənirəm. Onlar çox güclüdürlər, amma çox təmiz mübarizə aparırlar. Görək gələn il daha yüksək yerlər uğrunda mübarizə aparanda yenə eyni cür mübarizə apara biləcəyikmi? Çünki mən bundan həzz alıram. Hamı ilə mübarizə aparacaq gücdəyəm”.